Azərbaycan özünü tikinti materialları ilə 100 faiz təmin etmək istəyir


Digərləri 05 İyn 2018 20:30:34 245 0

Azərbaycan özünü tikinti materialları ilə 100 faiz təmin etmək istəyir

Azərbaycan özünü tikinti materialları ilə 100 faiz təmin etmək istəyir.

Bakı. İlkin Şəfiyev - Azərbaycan yaxın illərdə özünü tikinti materialları ilə 100 faiz təmin etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən IV Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı deyib. N.Səfərovun sözlərinə görə, son vaxtlarda Azərbaycanda tikinti sənayesinin inkişafı nəinki bu sahədə müasir müəssisələrin yaradılmasına, eləcə də tikinti materialları ilə özünü təminatı artırmağa imkan verib.