30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi olduğu üzə çıxdı –


Digərləri 05 İyn 2018 20:10:00 309 0

30 yaşına kimi qız kimi böyüdüldü, sonra kişi olduğu üzə çıxdı –

Uşaq cərrahı Toğrul Ömərov maraqlı bir faktı açıqlayıb. Söhbət uşaq doğularkən cinsiyyət orqanlarında olan anomaliyalara görə doğuş həkimi və valideynlərin körpəyə səhv cinsiyyət təyin etməsindən gedir.

Son.az medicina.az-a istinadən bildirir ki, Azərbaycanda da belə hallara rast gəlinir. Oğlan uşağında sidik kanalı xayaların ortasına açılır, cinsiyyət orqanı çox kiçik olur və ya xayalar yerinə enmir. Bu patologiyada cinsiyyət orqanı qız uşağına bənzədilir. Doğulandan yanlış dəyərləndirmə, o uşağın ailədə səhv böyüdülməsinə səbəb olur.