Xərçəngdən qoruyan ən yaxşı məhsullar


Digərləri 05 İyn 2018 20:15:00 236 0

Xərçəngdən qoruyan ən yaxşı məhsullar

Rusiyalı onkoloq, Onkologiya Elmi Mərkəzinin eksperti Vladimir Bespalov xərçəngin riskini azaldan qida məhsullarının sıyahısını təqdim edib.

Onkoloqun fikrinə görə, xərçəngin riskini azaldan ən yaxşı məhsul tam taxıl bitkilər (yulaf, buğda, qarabaşaq, darı, kinoa və s.) və onlardan hazırlanmış çörək, makaron, sıyıqlardır. Bu qidaların tərkibində olan qidalı liflər və B qrupu vitaminləri xərçəngin riskini azaltmağa kömək edir.

Ekspertin sözlərinə görə, süd məhsullarının tərkibində olan zülal kazein də güclü xərçəngəleyhinə xüsusiyyətlərə malikdir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alim likopin adlı maddəni də xüsusi vurğulayıb. Bu maddə pomidor və qırmızı qreypfrutların tərkibində xüsusilə çoxdur.