Bakı şəhər musiqi məktəbləri Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar konsert keçirdi FOTO


Digərləri 05 İyn 2018 19:34:00 378 0

Bakı şəhər musiqi məktəbləri Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar konsert keçirdi  FOTO

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə L. və M. Rostropiviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar konsert proqramı təqdim edilib.

Son.az xəbər verir ki, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin ifasında möhtəşəm bayram konserti təqdim edilib. Konsert 11 nömrəli onbirillik musiqi məktəbinin xalq çalğı alətləri orkestrının müşayəti ilə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından "Uvertyura" ilə başlayıb.

Daha sonra musiqi məktəblərinin şagirdləri T.Quliyev "Səhər nəğməsi", A.Rzayev "Düşüncə", D.Dadaşov "Skertso", Y.Brams "Macar rəqsi", Q.Pyern "Kansonetta", A.Vivaldi  "Qasırğa", Z.Abreu "Tiko-tiko" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa ediblər.