Daşınar Əmlakın yüklülüyünün dövlət reyestrinin istifadəçiləri artır


Digərləri 05 İyn 2018 19:26:13 347 0

Daşınar Əmlakın yüklülüyünün dövlət reyestrinin istifadəçiləri artır

Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) imkanlarından yararlananların sayı artır.

Bakı. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin (Reyestr) imkanlarından yararlananların sayı artır. Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata görə, 15 mart 2018-ci il tarixindən etibarən fəaliyyətə başlayan https://mpcr.fimsa.az/ elektron portalında 31.05.2018-ci il tarixinə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, yüklənmiş bildirişlərin sayı isə 18 mindən çox olub. Reyestrə ən çox bildiriş daxil edən kredit təşkilatları aşağıdakılardır: “Unibank KB” ASC, “Nikoyl” İKB ASC, “Accessbank” QSC, “Bank of Baku” ASC və “Turanbank” ASC.