Ötən il Azərbaycanda 103 min hektar əraziyə suvarma suyu çəkilib


Digərləri 05 İyn 2018 19:01:45 265 0

Ötən il Azərbaycanda 103 min hektar əraziyə suvarma suyu çəkilib

2017-cu ildə Azərbaycanda ümumilikdə 103 min hektar əraziyə suvarma suyu çəkilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib. Ə.Əhmədzadənin sözlərinə görə, bu, çox böyük rəqəmdir: "Əvvəlki ildə bunu ancaq arzu etmək olardı. Bu torpaqların da əksəriyyəti əkin üçün yararsız torpaqlar olub. Bu il bu tədbirlər davam etdirilir. Bu il 100 min hektara yaxın torpaqlar su ilə təmin ediiləcək". Ə.Əhmədzadə bildirib ki, bu il Goranboy Aqroparkı yaradılıb. Bu arqoparkdan Şəmkirçay su anbarı vasitəsilə 4700 hektar sahəyə su çatdırılıb. Bu da Şəmkirçay Su Anbarının böyük əhəmiyyətə malik olduğunu göstərir.