127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib


Digərləri 05 İyn 2018 18:51:36 275 0

127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib

Son dövrlərdə 127 min hektar yeni suvarılan sahə kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Ə.Əhmədzadənin sözlərinə görə, mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, 4017 kilometr suvarma kanallarının, 2486 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikinti işləri həyata keçirilib, 379 min hektar suvarılan torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb.