İslam iqtisadiyyatının banisi Məmmədhəsən Meybullayevin yubileyi keçirilib


Digərləri 05 İyn 2018 18:38:25 258 0

İslam iqtisadiyyatının banisi Məmmədhəsən Meybullayevin yubileyi keçirilib

UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib.

Bakı. UNEC-də iqtisad elmləri doktoru, professor Məmmədhəsən Meybullayevin 70 illik yubileyinə həsr olunan anım tədbiri keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tədbirdə UNEC-in professor-müəllim heyəti ilə yanaşı, tanınmış akademiklər, alimin yaxınları və ailə üzvləri iştirak edib. Rektor, professor Ədalət Muradov UNEC-in dəyərlərinə hər zaman sahib çıxdığını diqqətə çatdıraraq, bu dəyərlərin önündə universitetin ziyalılarının dayandığını bildirib. Professor M.Meybullayevi islam iqtisadiyyatının tədqiq edilməsində əvəzolunmaz alim adlandıran rektor, onun böyük iqtisadçılar nəslinin formalaşmasında əvəzsiz xidmətləri olduğunu vurğulayıb. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə görkəmli iqtisadçı alimin apardığı aktual tədqiqatlardan söz açıb. M.Meybullayevin islam iqtisadiyyatı, milli gəlirin təkrar istehsalı sahəsində apardığı tədqiqatlarının ölkə üçün böyük elmi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.