Qızlarından xəbər almayınca evə getdilər


Dünya 05 İyn 2018 18:21:00 536 0

Qızlarından xəbər almayınca evə getdilər

Türkiyənin İzmir şəhərinin Bornova rayonunda valideynləri 25 yaşlı Didemin meyitini tapıblar. 

Qız canına qəsd edib.

Son.az Türkiyə mediasına istinadən xəbər verir ki, psixoloji müalicə aldığı və bir müddət öncə nişanlısından ayrıldığı ortaya çıxan qızın özünü asdığı ipin kəsilmiş olması polisi hərəkətə keçirib.

Didem özünü asdığı ipi kəsib?

Didem Demirci bacısı ilə yaşadığı evdə özünü asaraq intihar edib. Ancaq valideynləri tərəfindən ölü tapılan gənc qızın eyvanda yerdə uzanıqlı olması və özünü asdığı ipin kəsilmiş vəziyyətdə tapılması hər kəsi təəccübləndirib. İndi gənc qızın niyə intihar etməsi ilə yanaşı ipi kimin kəsdiyi də araşdırılır.