Qusarda sərhəddə atışma:


Digərləri 05 İyn 2018 18:16:00 392 0

Qusarda sərhəddə atışma:

Qusar rayonunda dövlət sərhədini pozan şəxs hüquq mühafizə orqanlarının əməkdaşlarına atəş açıb

Son.az xəbər verir ki, bu barədə report-a Qusar Rayon Prokurorluğundan məlumat verilib.

İyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.