Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır


Digərləri 05 İyn 2018 18:17:00 248 0

Azərbaycanda siqarlara tətbiq edilən vergilər artırılır

Azərbaycanda istehsal olunan siqarlar, ucları kəsilən siqarlara və siqarillalara (nazik siqarlar) tətbiq edilən vergi dərəcəsi artırılır.

Son.az report-a istinadən xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsində dəyişiklik edilir.

Məcəllənin 190-cı (Aksiz malların siyahısı və vergi dərəcələri) maddəsinin 3-cü bəndinə dəyişiklik edilir. Belə ki, Azərbaycanda istehsal olunan siqarların, ucları kəsilən siqarların və siqarillaların (nazik siqarlar) 1000 ədədinə görə 20 manat vergi tutulacaq. İndiyədək bu rəqəm 10 manat olub.