Çində mədəndə partlayış olub, 11 fəhlə ölüb, 9-u yaralanıb, 25-i uçqun altında qalıb


Dünya 05 İyn 2018 18:01:03 298 0

Çində mədəndə partlayış olub, 11 fəhlə ölüb, 9-u yaralanıb, 25-i uçqun altında qalıb

Faktla bağlı araşdırma aparılır

Çinin Bışi əyalətində dəmir filizi mədənlərindən birinin tikinti meydanında dinamitin partlaması nəticəsində 11 fəhlə ölüb, 9-u yaralanıb, 25-i isə uçqun altında qalıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Çinin Mərkəzi Televiziyası yayıb.

Qəza nəticəsində yaralanan 9 fəhlə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışın dinamitlərin maşınla quyuların girişinə daşınarkən baş verdiyi bildirilir.

Faktlabağlı araşdırma aparılır.