ATƏT Ermənistanın təşkilat adından verdiyi bəyanatı şərh edib


Digərləri 05 İyn 2018 17:41:00 232 0

ATƏT Ermənistanın təşkilat adından verdiyi bəyanatı şərh edib

ATƏT-in Minsk qrupunun həmsədrləri adından yalnız həmsədrlər çıxış edə bilər.

Bakı. Ləman Zeynalova – ATƏT-in Minsk qrupunun həmsədrləri adından yalnız həmsədrlər çıxış edə bilər. Trend-in “Moskva-Baku”ya istinadən məlumatına görə, bunu ATƏT-dən Ermənistan tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin danışıqlar prosesində birbaşa iştirakının dayanıqlı sülhü təmin etməyə imkan verəcəyi və hətta ATƏT-nin Minsk qrupu həmsədrlərinin də bunu deməsi barədə bəyanatını şərh edərkən bildiriblər. Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirmişdi ki, Ermənistanın bu kimi qeyri-ciddi və əsassız açıqlamaları ilə beynəlxalq ictimaiyyət Ermənistanın münaqişənin həlli prosesində destruktiv siyasətinin, populizm və siyasi avantüra ilə məşğul olduğunun növbəti dəfə şahidi olur: "Ermənistan BMT Nizamnaməsinin 2(4) maddəsini kobud şəkildə pozaraq, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı güc tətbiq edib və Azərbaycanın ərazilərini işğal edib. ATƏT-in mart 1992-ci ildə Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb. ...Azərbaycana qarşı gücdən istifadəyə və Azərbaycan ərazilərinin hərbi işğalına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyətinə əsasən münaqişə tərəfi məhz Ermənistandır. İşğalçı dövlət olaraq Ermənistanla 25 ildən artıq dövr ərzində danışıqların aparılması Azərbaycanın ən böyük güzəştidir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin