Elmar Məmmədyarov Bolqarıstanın yeni səfiri ilə görüşüb


Digərləri 05 İyn 2018 17:41:00 275 0

Elmar Məmmədyarov Bolqarıstanın yeni səfiri ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib.

Bakı. Xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankovu qəbul edib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, etibarnaməsinin surətini E.Məmmədyarova təqdim edən səfir Azərbaycana təyin olunmasından şad olduğunu və fəaliyyəti dövründə Azərbaycan və Bolqarıstan arasındakı ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib. E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib. Görüşdə Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə edilib. Əsası qoyulmuş Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TANAP və TAP layihələrinin ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaradacağına əminlik qeyd olunub. Nazir Bolqarıstanın Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə dair davamlı mövqeyinin yüksək qiymətləndirildiyini vurğulayıb. Görüşdə ikitərəfli gündəliyə aid məsələlərə dair geniş fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin