Evində narkotik becərən şəxs saxlanıldı:


Kriminal 05 İyn 2018 17:25:00 312 0

Evində narkotik becərən şəxs saxlanıldı:

Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi, satışı və kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.  

Son.az ARB TV-yə istinadən xəbər verir ki, Seyfulla Bədəlovun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və ümumi çəkisi 6 kiloqram 245 qram marixuana aşkar olunaraq götürülüb.  Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib.  Faktla bağlı 42-ci Polis Bölməsində toplanan material araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib.


Xəbərə aid fotolar