Evə gedən 21 yaşlı gənc yolda bıçaqlandı VİDEO FOTO


Kriminal 05 İyn 2018 17:20:00 232 0

Evə gedən 21 yaşlı gənc yolda bıçaqlandı  VİDEO  FOTO

Abşeron rayonunda, Xırdalan şəhəri ərazisində bıçaqlanma hadisəsi olub.  

Son.az ARB TV-yə istinadən xəbər verir ki, 21 yaşlı Ceyhun Səfərovun evinə gedərkən tanımadığı şəxslə mübahisəsi düşüb. Söhbət əlbəyaxa davaya keçib. Nəticədə Ceyhun Səfərov bıçaqlanıb. Hadisəni törədən şəxs oradan qaçıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə Yerləşdirilib. Həkimlər iki bıçaq xəsarəti alan yaralının həyatı üçün təhlükə olmadığını bildiriblər. Səfərovun vəziyyəti ilə əlaqədar ifadəsini almaq mümkün olmayıb.  Hazırda polis cinayəti törədən şəxsin axtarışlarını davam etdirir.


Xəbərə aid fotolar