Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub


Digərləri 05 İyn 2018 16:52:00 212 0

Magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub

İyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına iyunun 3-də keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmiş bakalavrlar DİM-in internet saytında müvafiq keçidə daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.