YAY Qalereyası "Cismani peyzajlar" adlı qrup sərgisinin açılışına dəvət edir


Kriminal 05 İyn 2018 16:43:24 353 0

YAY Qalereyası "Cismani peyzajlar" adlı qrup sərgisinin açılışına dəvət edir

Cismani peyzajlar. Qrup sərgisi 8 iyun - 1 sentyabr 2018

İştirakçılar: Eldar Qurban, Mirnadir Zeynalov, Niyaz Nəcəfov, Aida Mahmudova, Əmrulla İsrafilov, Sabina Şıxlinskaya

YAY Qalereyası Sizi 'Cismani peyzajlar' adlı qrup sərgisinin açılışına dəvət edir. 

İnsan vücudu və peyzaj... hər ikisi, eyni amala qulluq edir. İncəsənət tarixi boyunca hər iki mövzu bədii məzmun üçün material qismində çıxış edərək xırdalanıb, dağıdılıb və təkrar yığılıb, həmçinin müxtəlif texnikalar və üslubların araşdırılması məqsədilə hərtərəfli təhlil edilib. Uzun müddət qadın bədəni kişi nöqteyi-nəzərinin əsas ilham pərisi kimi istifadə edilsə də, son zamanlar bu tendensiya qarşı tərəfdə də müşahidə edilir və artıq qadın nöqteyi-nəzəri də bərabər səviyyədə inkişaf edib.   Artıq XX əsrin əvvəllərində, tanınmış holland rəssamı Pit Mondrian, özündə qadın (maddi) və kişi (mənəvi) elementlərini birləşdirən, qeyri-binar varlıq kimi qiymətləndirilən rəssam haqqında nəzəriyyə işləyib hazırlamışdır. Eyni dövrdə bir çox nəzəriyyəçilər və rəssamlar hələ də bipolyar gender identifikasiyası ilə bağlı olan incəsənətin "qadın" və "kişi" komponentlərindən bəhs edən oxşar nəzəriyyələri həyata keçirməyə cəhd göstərirdilər.