Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək


Kriminal 05 İyn 2018 16:44:00 400 0

Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli Azərbaycan mədəniyyət xadimlərinin - bəstəkarların, klassik və muğam ifaçılarının həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr təşkil edir.

Son.az xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzinin "Unudulmayanlar" adlı irimiqyaslı layihəsi çərçivəsində dahi bəstəkar, SSRİ xalq artisti, akademik Qara Qarayevin 100 illiyinə, Xalq artistləri Həqiqət Rzayeva və Şövkət Ələkbərovanın həyat və yaradıcılığına həsr olunmuş tədbirlər həyata keçirilib.

13 iyun tarixində Muğam Mərkəzində tanınmış xanəndə Qulu Əsgərovun 90 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Qulu Əsgərov 1928-ci ildə  anadan olmuşdur. Gənc yaşlarında rayon teatrında çıxış etmiş, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik etmişdir. 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olmuşdur. Qulu Əsgərov.

Seyid Şuşinski kimi görkəmli muğam ustasından və pedaqoq Nəriman Əliyevdən ifaçılıq ənənələrini mənimsəmiş və muğamın sirlərinə dərindən yiyələnmişdir. Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.

Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist kimi çalışmışdır. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyli - "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z.Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M.Maqomayev "Şah İsmayıl") obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.