Azərbaycan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir


Digərləri 05 İyn 2018 16:23:00 256 0

Azərbaycan Aİ ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istəyir

Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə kənd təsərrüfatı məhsullarının ixracının genişləndirilməsinə istiqamətlənib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən IV Aİ-Azərbaycan biznes-forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanla Aİ ölkələri arasında əmtəə dövriyyəsinin böyük həcminə baxmayaraq, onun kiçik hissəsi kənd təsərrüfatı məhsullarının payına düşür:

"Ötən ilin yekunu üzrə Azərbaycan Avropa İttifaqına 7,4 milyard dollar dəyərində məhsul ixrac edib, 1,9 milyard dollar idxal edib. Bununla belə, kənd təsərrüfatı məhsullarının dövriyyəsi çox aşağı səviyyədədir. Bu göstəricinin artırılması bizim strateji hədəfimizdir".