DİN rəsmisindən "Lotu Quli" açıqlaması: "O kimdir?"


Digərləri 05 İyn 2018 16:25:00 268 0

DİN rəsmisindən "Lotu Quli" açıqlaması: "O kimdir?"

Uzun müddət həbs həyatı yaşadıqdan sonra azadlığa çıxan "Lotu Quli" ləqəbli "qanuni oğru" Nadir Səlifov Azərbaycanda qala bilmədi.

Son.az yenicag.az-a istinadən xəbər verir ki, kriminal avtoritetlərə sərt üzünü göstərən Azərbaycan höküməti onun da burada qalmasına icazə vermədi.

Nəticədə Gürcüstana üz tutan kriminal avtoritet qonşu ölkədə də eyni aqibətlə üzləşdi. Daha sonra İstanbulu özünə məskən seçən "Lotu Quli" burada bir müddət qaldıqdan sonra Türkiyə üçün də arzuolunmaz şəxs elan edilərək ölkədən çıxarıldı. Nəticədə o, İstanbuldan Dubaya üz tutdu.

Ötən gün isə Səlifovun Bakıya gəlməsi ilə bağlı xəbərlər yayılıb. Ancaq bu məlumat rəsmi təsdiqini tapmayıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidovla danışmağa cəhd etdik. Sualımıza cavab axtarsaq da, DİN rəsmisi "O kimdir?" deyərək telefonu üzümüzə qapadı. Daha sonra zəng etməyimizə baxmayaraq, telefonu məşğula alan qurum rəsmisi cavab vermədi, ardınca isə "mobil"ini söndürdü.

Nazirliyin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə danışmaq cəhdimiz də cəhd olaraq qaldı.