Manchester United Barcelona-nın "ovuna" şərik çıxdı


İdman 05 İyn 2018 16:30:00 250 0

Manchester United Barcelona-nın "ovuna" şərik çıxdı

Sevilla-nın müdafiəçisi Kleman Lanqleyə növbəti alıcı çıxıb. Goal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi Manchester United-in maraq dairəsinə düşüb. Fransalı futbolçu bir neçə aydır Barcelona-nın transfer siyahısında yer alır. Onun qiyməti 35 milyon avro göstərilir. Lanqle gələcəyi ilə bağlı qəti qərar verməyib. Onun Sevilla-da qalacağı da istisna olunmur.