“AzerGold” QSC Daşkəsəndə ekoloji tədbir keçirib


Digərləri 05 İyn 2018 16:26:00 414 0

“AzerGold” QSC Daşkəsəndə ekoloji tədbir keçirib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun Quşçu kəndinin Mədəniyyət Mərkəzində ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirib.

Bakı. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Daşkəsən rayonunun Quşçu kəndinin Mədəniyyət Mərkəzində ekologiya və ətraf mühitin mühafizəsi mövzusunda tədbir keçirib. QSC-dən Trend-ə verilən məlumata görə, 5 iyun – Ümumdünya ətraf mühit günündə keçirilən tədbir ictimaiyyəti ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasında daha da fəal olmağa dəvət etmək məqsədi daşıyır. Tədbirdə çıxış edən “AzerGold” QSC-nin SƏTƏM və KİS şöbəsinin nümayəndələri ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsinin QSC-nin fəaliyyətində daşıdığı önəm, Cəmiyyətin ekoloji siyasəti, Çovdar filiz emalı sahəsində tullantıların idarə olunması qaydaları, istehsal prosesi nəticəsində atmosferə atılan zərərli qazların miqdarının ölçülməsinin mahiyyəti, su nümunələrinin götürülməsinin vacibliyi və digər təşkilatlarla əməkdaşlıq haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriblər. Ekologiya və ətraf mühitin mühafizəsi mövzuları ətrafında geniş müzakirələrlə davam edən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 13 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi və Daşkəsən rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbər şəxsləri, yerli bələdiyyə, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.