Bakıda banka basqın edilən zaman girov götürülən müştəri: "Məni bıçaqla hədələdi"


Digərləri 05 İyn 2018 16:03:00 305 0

Bakıda banka basqın edilən zaman girov götürülən müştəri: "Məni bıçaqla hədələdi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Səriyyə Nəcəfova ifadə verib.

O, istintaqa verdiyi ifadəsini təsdiqlədiyini və özünü pis hiss etdiyini söyləyib. S.Nəcəfova dindirilərkən qeyd edib ki, təqsirləndirilən N.Məmmədov bankda onu bıçaqla hədələyib: "Həmin zaman ona yalvardım. Bir Allah bilir ki, mən onda nələr çəkdim. Hadisə yerində yaşlı, ya da hamilə qadın olsaydı, ürəyi partlayıb ölərdi. Ona yalvardım ki, "3 balam var, nə olar burax məni". O da buraxdı. Sonra siqnalizasiya işə düşdü, polislər gəldi. Nazim bankdan pul tələb edirdi. Məni tutub dedi ki, "bunu tutmuşam, mənə pul verin". Nə qədər pul istədiyini isə söyləmədi".

Zərərçəkmiş şikayətinin və tələbinin olmadığını ifadə edib.