Bakıda ərinin dostunu bıçaqlayan qadına şərti cəza verildi


Digərləri 05 İyn 2018 16:07:00 225 0

Bakıda ərinin dostunu bıçaqlayan qadına şərti cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşının dostunu bıçaqlamaqda təqsirləndirilən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Məmmədovaya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb.

Qeyd edək ki, hadisə 2017-ci il sentyabrın 26-da Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. Həmin ünvanda yaşayan Gülnar Mirqasım qızı Məmmədova aralarında yaranmış mübahisə zəminində həyat yoldaşının tanışı Azad Əmir oğlu Quliyevi bıçaqlayıb.