Baş İdarə respublika xüsusi internat məktəbində konsert keçirib


Digərləri 05 İyn 2018 15:54:00 274 0

Baş İdarə respublika xüsusi internat məktəbində konsert keçirib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum uşaqlar üçün 4 nömrəli respublika xüsusi internat məktəbində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar konsert keçirilib.

Son.az xəbər verir ki, konsertdə tanınmış opera ifaçısı, xalq artisti Fidan Hacıyeva  möhtəşəm konsert proqramı ilə uşaqlara bayram əhval-ruhiyəsi bəxş edib. Həmçinin, müğənni Nüşabə Musayevanın və Fidan Hacıyevanın rəhbərlik etdiyi Vokal Musiqi Məktəbinin tələbələrinin çıxışları hər kəsdə xoş ovqat yaradıb.