36 nömrəli musiqi məktəbinin yaranmasının 30 illik yubileyi münasibəti ilə konsert keçirilib


Digərləri 05 İyn 2018 15:45:00 337 0

36 nömrəli musiqi məktəbinin yaranmasının 30 illik yubileyi münasibəti ilə  konsert keçirilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 36 nömrəli uşaq musiqi məktəbi Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında məktəbin yaranmasının 30 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirib.

Son.az xəbər verir ki, konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktoru Hacı Əliyev, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Şagirdlərin ifasında F.Əmirov "Bulaq başında", S.Ələsgərov "Şalaxo", H.Vəkilov "Şıdrığı", P.İ.Çaykovski "İlin fəsilləri" məcmuəsindən "Aprel", A.Piazzolla "Libertango" və digər Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib. Həmçinin məktəbin məzunu, Azərbaycan Respublikasının əməkdar artisti Anar Şuşalının ifasında Asəf Zeynallının "Ölkəm" romansı maraqla qarşılanıb.