Azər Türk Bankdan əmanətlər üzrə kampaniya


Digərləri 05 İyn 2018 15:30:00 254 0

Azər Türk Bankdan əmanətlər üzrə kampaniya

Dövlət bankı Azər Türk Bank daha bir kampaniyaya start vermişdir.

Kampaniya müddətində Banka manatla əmanət qoyan fiziki şəxslər üçün  güzəşt və hədiyyələr nəzərdə tutulub. Belə ki, daim müştəri məmnuniyyətinə önəm verən Azər Türk Bank bir qayda olaraq bütün növlər üzrə əmanət yerləşdirən müştərilərinə üçillik xidmət müddəti ilə bir ədəd plastik kart hədiyyə edirdisə, indi iki kart verəcəkdir. İkinci hədiyyə kart müştərinin arzusu ilə istənilən şəxsin adına və ya fərqli valyutada öz adına rəsmiləşdirilə bilər.

Digər bir yenilik isə əmanət qarşılığında kredit götürən şəxslərə aiddir. Yerləşdirilən əmanətlər üzrə kredit əldə etmək istəyən fiziki şəxslər üçün kredit heç bir komissiya tutulmadan rəsmiləşdiriləcək və birinci ay üzrə kreditə faiz hesablanmayacaqdır.