“Maire Tecnimont” BANMın tələbələrini işə götürdü FOTO


Digərləri 05 İyn 2018 15:31:00 337 0

“Maire Tecnimont” BANMın tələbələrini işə götürdü  FOTO

Bakı Ali Neft Məktəbində (BANM) İtaliyanın "Maire Tecnimont" şirkəti ilə görüş keçirilib. Tədbirdə BANM-in rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Massari,  Maire Tecnimont Group-un Xüsusi təşəbbüslər və regionda koordinasiya üzrə birinci vitse prezidenti, Rusiya və Xəzər regionu üzrə vitse-prezidenti Cianni Bardazzi,  Bakıdakı nümayəndəliyinin rəhbəri Nikolo Haylpern, şirkətin regional biznes mütəxəssisi Alessia Mangiapane, Biznesin inkişafı üzrə meneceri Natalia Sirazutdinova, İnsan resursları üzrə meneceri Aida Bəşirova və Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak edib. 

Son.az xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımov qonaqları Ali Məktəbdə salamlayaraq "Maire Tecnimont" şirkətinin artıq dost şirkət olduğunu bildirib və bu davamlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib. 

İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Avqusto Massari isə BANM ilə "Maire Tecnimont" şirkətinin əməkdaşlığını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Biz neft kapitalını insan kapitalına çevirməliyik" şüarının bariz nümunəsi kimi qiymətləndirib. 

Maire Tecnimont Group-un vitse prezidenti Cianni Bardazzi isə BANM ilə əməkdaşlığı biznes sektoru ilə akademik mühitin ən uğurlu birləşməsi adlandırıb. O qeyd edib ki, bu gün şirkət BANM üçün hazırladığı İnkişaf Proqramının II mərhələsini bitirir. Vitse prezident yaradıcılığı və profesionallığı özündə birləşdirən bu proqramın iki ölkə arasında uzunmüddətli əməkdaşlığa xidmət edəcəyini bildirib. 


Xəbərə aid fotolar