Danışma və eşitmə qüsuru olan insanlara film və klip təqdim edildi FOTO


Digərləri 05 İyn 2018 15:26:00 351 0

Danışma və eşitmə qüsuru olan insanlara film və klip təqdim edildi  FOTO

Mayın son günlərində Nizami Kino Mərkəzi  Human Foundation qurumunun nəzdində fəaliyyət göstərən Human Deaf Community ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş  "Madaqasqar" animasiya filmini  və Araxçın MMC/Deaf Community-nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı cəkilmiş videoçarxı təqdim edib.

Təqdimatda, eşitmə və danışma məhdudiyyətli uşaqlar, gənclər, valideynlər, "Həyat Fond"unun təsisçisi,xeyriyyəçi Hacı Nuran Hüseynov, "Avrasiya Combat Jiu-Jitsu" Federasiyasının Prezidenti,idman ustası, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov, "Dəstək Olaq Xeyriyyə Təşkilatı"nın rəhbəri Heseynova Aşura, jurnalist Xanlar Mehdiyev iştirak ediblər.

Deaf Community komandasının surdo-tərcuməci və təlimçisi Könül Quliyeva, ssenari müəllifi və videoqrafı isə Əli Xiləlidir. Könül Quliyeva çıxışında, bu layihənin ərsəyə gəlməsində əsas məqsədin eşitmə və danışma məhdudiyyətli gənclərin  öz vətəninə, torpağına bağlılığını,sevgisini bildirmək üçün hec bir məhdudiyyətin olmadığını bildirmək və onların əlləri ilə dedikləri bu vətənpərvərlik duyğularına az da olsa dəstək olduqlarını qeyd edib.

Deaf Community-nin rəhbəri Nuranə Abıyeva, Araxçın MMC direktoru Fatimə Süleymanova  çıxışlarında gələn qonaqlara təşəkkürlərini bildiriblər.


Xəbərə aid fotolar