Sabirabadda AĞIR QƏZA:


Digərləri 05 İyn 2018 15:17:00 220 0

Sabirabadda AĞIR QƏZA:

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 3 üzvü və daha bir nəfər ağır xəsarətlər alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 13.00 radələrində Sabirabad rayonunun Qaratoğay kəndində qeydə alınıb.

Sabirabad rayonunun Güdəcühür kənd sakini, 1980-ci il təvəllüdlü Abbasov Ramil Soltanəli oğlunun idarə etdiyi "Mercedes" markalı, 10 XH 058 dövlət nömrə nişanlı avtomobil Qaratoğay kənd sakini, 1980-ci il təvəllüdlü Nuriyev Səbuhi Samid oğlunun idarə etdiyi VAZ 21015 markalı, 54 BX 814 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə hər iki sürücü və "VAZ 21015" markalı avtomobildə olan sərnişinlər - 2010-cu il təvəllüdlü Nuriyeva Sərvin Səbuhi qızı və 1956-cı il təvəllüdlü Yaqubova Gülnaz Yaqub qızı xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.