Arvadının boğazını kəsərək pulları götürüb Rusiyaya qaçmaq istədi


Digərləri 05 İyn 2018 15:04:00 351 0

Arvadının boğazını kəsərək pulları götürüb Rusiyaya qaçmaq istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadının boğazını kəsərək öldürən 53 yaşlı kişinin məhkəmə prosesi başlayır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsi ilə təqsirləndirilən Çəltikov Rasim Qara oğlunun məhkəmə prosesinin hazırlıq iclası hakim Mayıl Bayramovun sədrliyi ilə keçiriləcək. 

53 yaşlı Rasim Çəltikov həyat yoldaşı 50 yaşlı Arifəni mübahisə zəminində öldürüb. Belə ki, ötən ilin dekabr ayında Rasim Çəltikov Binəqədi qəsəbəsi 3-cü mədən, 124-cü korpusda yerləşən evini satmaq istəyirmiş. Lakin qadın ərinin bu istəyinə qarşı çıxıb və evi satmağa imkan verməyəcəyini deyib. Ardıcıl davam edən münaqişələrdən sonra gecə saatlarında Rasim Çəltikov arvadının boğaz nahiyəsindən bıçaqla vuraraq onu öldürüb. Rasim Çəltikovun atası Qara Çəltikovun sözlərinə görə, oğlu yaşadıqları evi sataraq gəlini ilə birlikdə Rusiyaya getmək istəyib. Lakin mərhum Arifə Çəltikova həyat yoldaşının bu fikri ilə razılaşmayıb. Ailə üzvlərindən xəbərsiz evi başqa şəxsə satan Rasim Çəltikov arvadı ilə Rusiyaya getmək üstündə yenidən mübahisə edib, elə hadisə də bu zaman olub. Daha sonra isə o, pulları götürərək qaçıb.

Hadisə vaxtı evdə onların qızı olub. Lakin o, atasının anasının boğazını kəsərək öldürməsindən hadisədən bir qədər sonra xəbər tutub və polisə xəbər verib.