“Baku Summer Jazz Days” açılışı olub


Digərləri 05 İyn 2018 14:50:00 287 0

“Baku Summer Jazz Days” açılışı olub

İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və "Premier Art Managment" prodüser agentliyinin dəstəyi ilə "Baku Summer Jazz Days" açılışı olub.

Son.az xəbər verir ki, festivalın açılışında çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda növbəti möhtəşəm caz festivalının keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Diplomat bu axşam tanınmış israilli musiqiçi Avişay Koenin öz kvarteti ilə cazsevərlərin qarşısında çıxış edəcəyini diqqətə çatdırıb və festivalın bütün iştirakçılarına uğurlar arzulayıb.

Sonra tamaşaçılar Avişay Koen və qrupunun ifasını dinləyiblər.

Qeyd edək ki, "Baku Summer Jazz Days" festivalı iyunun 8-dək davam edəcək. Bütün bu günlər ərzində paytaxt sakinləri və qonaqlarını populyar musiqiçilərin maraqlı çıxışları gözləyir.

5 İyun tarixində konsert keçiriləcək. Beynəlxalq caz layihəsi və eyni zamanda uğurlu əməkdaşlığın göstəricisi olan Azərbaycan pianoçu Elçin Şirinov və Andras Des (percussion), Marton Fenyvesi (electric &acoustic guitar), Matyas Szandai (Double bass) triosunun ifası olacaqdır. Bu layihə dəfələrlə beynəlxalq festivallarda nümayiş olunmuş, albomu buraxılmış və nəhayət, onun premyerası Bakıda keçiriləcəkdir.


Xəbərə aid fotolar