Milli Məclisin komitə sədri “ölü donor” termininə etiraz etdi


Digərləri 05 İyn 2018 14:32:00 264 0

Milli Məclisin komitə sədri “ölü donor” termininə etiraz etdi

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna təklif edilən dəyişiklik layihəsindəki "ölü donor" termininin dəyişdirilməsini təklif edib.

Son.az report-a istinadən xəbər verir ki, komitənin bu gün keçirilən iclasında Ə.Əmiraslanov qeyd edib ki, bu, uğursuz termindir, başqa bir terminlə əvəz edilməlidir.

Komitə sədri deyib ki, bu termin tərcümə olunub və layihəyə daxil edilib.