Mövlud Çavuşoğlu: “İyulda Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısı keçiriləcək”


Dünya 05 İyn 2018 14:16:21 295 0

Mövlud Çavuşoğlu: “İyulda Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısı keçiriləcək”

"YPG-dən silahlar alınacaq"

“İyulda Türkiyə-ABŞ İşçi Qrupunun ikinci toplantısı keçiriləcək”.

“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə keçirdiyi görüşün yekununa dair təşkil etdiyimətbuat konfransında bildirib.

“Menbiçlə əlaqədar təsdiqlədiyimiz yol xəritəsi ilə bağlıheyətlərimiz hazırlıq toplantısı keçirəcək. Bundan sonra həmin sənəddəqeyd olunanlarıtətbiq etməyə çalışacağıq. Hazırlıq işləri on gün ərzində başlayacaq. YPG-dən (PKK/YPG-PYD nəzərdə tutur - “Report”) silahlar alınacaq”, - nazir bildirib.

Onun sözlərinə görə, yol xəritəsi 3 mərhələli olacaq: “İkinci mərhələdə YPG bölgədən çıxacaq. Üçüncü mərhələdə isə bölgə yerli sakinlərin idarəetməsinə veriləcək.