DMX tərəfindən miqrasiya qanunvericiliyini pozan 15 əcnəbi saxlanılıb


Digərləri 05 İyn 2018 14:21:00 263 0

DMX tərəfindən miqrasiya qanunvericiliyini pozan 15 əcnəbi saxlanılıb

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 15 nəfər əcnəbi sax­­­la­nıl­ıb.

Bakı. Samir Əli - Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 6-sı Pakistan, 6-sı Türkiyə, 2-si Moldova və 1-i Filippin və­­tən­da­şı ol­maq­la, ümu­mi­lik­də 15 nəfər əcnəbi sax­­­la­nıl­ıb. DMX-dən Trend-ə verilən məlumata görə, saxlanılmış Pakistan və Moldova vətəndaşlarının Azərbaycan əra­zi­sin­də qanunsuz əmək fəaliyyəti (səyyar ticarət) ilə məşğul ol­duq­ları məlum olub. Türkiyə və Filippin vətəndaşlarının isə ölkədə miqrasiya (olma və yaşama) qay­da­larını poz­duqları müəyyən edilib.