“Baku Summer Jazz Days” festivalının açılışı olub (FOTO)


Digərləri 05 İyn 2018 13:50:00 308 0

“Baku Summer Jazz Days” festivalının açılışı olub (FOTO)

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Premier Art Managment” prodüser agentliyinin dəstəyi ilə “Baku Summer Jazz Days” festivalının açılışı olub.

Bakı. İyunun 4-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Premier Art Managment” prodüser agentliyinin dəstəyi ilə “Baku Summer Jazz Days” festivalının açılışı olub. Trend-in məlumatına görə, festivalın açılışında çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav Bakıda növbəti möhtəşəm caz festivalının keçirilməsinə görə təşkilatçılara təşəkkür edib. Diplomat bu axşam tanınmış israilli musiqiçi Avişay Koenin öz kvarteti ilə cazsevərlərin qarşısında çıxış edəcəyini diqqətə çatdırıb və festivalın bütün iştirakçılarına uğurlar arzulayıb. Sonra tamaşaçılar Avişay Koen və qrupunun ifasını dinləyiblər. Qeyd edək ki, “Baku Summer Jazz Days” festivalı iyunun 8-dək davam edəcək. Bütün bu günlər ərzində paytaxt sakinləri və qonaqlarını populyar musiqiçilərin maraqlı çıxışları gözləyir.