Prokuror "Krıtı Araz"a cəza istədi


Digərləri 05 İyn 2018 13:47:00 269 0

Prokuror "Krıtı Araz"a cəza istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan zaman cinayətkar dəstə yaratmaqda təqsirləndirilən, kriminal aləmdə "Krıtı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri - Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Araz Fərəcovun 10 il 7 ay, Vüqar Musayev, Eltən Əliyev və Renad Zahirovun hər birinin 10 il, Namiq Babayev 7 il, Elməddin Şahbazun digər cəzasının bu cəza ilə birləşməkə 18 il və Xəyyam Qurbanlının isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihama görə, A.Fərəcov Penitensiar xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən 2016-ci ilin dekabr ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil edib. Dəstə üzvləri Bakıda və bölgələrdə yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları A.Fərəcov koordinasiya edib.

2017-ci il aprelin 14-də Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.