Gəncədə avtobuslarda sərnişinlərin pul və telefonlarının niyə yoxa çıxdığı bəlli oldu


Kriminal 05 İyn 2018 13:38:00 307 0

Gəncədə avtobuslarda sərnişinlərin pul və telefonlarının niyə yoxa çıxdığı bəlli oldu

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxs yaxalanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, Gəncə şəhər sakinləri Ş.Cəfərov, S.Nəbiyeva və Y.Cabbarov  şəhər ərazisindəki xətt avtobuslarında ciblərindən müvafiq olaraq 90 manat, mobil telefon və 44 manat pullarının oğurlandığı barədə Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət ediblər. 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə cinayəti törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar. Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Yusif Cabbarov olduğu məlum olub. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 30 sutka müddətinə həbs olunub.  Pünhan Mirzə Son.az