İşçi müdirinin 4 yaşlı qızını zorlayıb öldürdü Kameraya düşdü VİDEO FOTO


Dünya 05 İyn 2018 13:22:00 237 0

İşçi müdirinin 4 yaşlı qızını zorlayıb öldürdü  Kameraya düşdü  VİDEO  FOTO

Şirniyyat mağazasının işçisi müdirinin 4 yaşlı qızına təcavüz edib, öldürüb.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Hindistanda Virender Bholu adlı 24 yaşlı oğlan müdirinin 4 yaşlı qızına təcavüz edib, sonra da bıçaqlayaraq öldürüb.

Bhlou uşağı öz evində öldürdükdən sonra cəsədini anasının evindəki konteynerin içinə atıb, sonra da işə qayıdıb.

Uşağın valideynləri onun itkin düşməsi barədə polisə məlumat veriblər. Bhlou da iz itirmək üçün uşağı axtaranlar arasında olub. Lakin kameraya düşən görüntülər sayəsində onun cinayət əməli ortaya çıxıb.

Onun uşağı qaçırdığı anlar təhlükəsizlik kamerasına düşüb. Hadisə Yeni Dehli şəhərindən 80 km uzaqlıqda baş verib. Bhlou həbs edilib.


Xəbərə aid fotolar