Kostyum geyinib, üzünü qırxdı, özünü asdı


Digərləri 05 İyn 2018 13:25:00 208 0

Kostyum geyinib, üzünü qırxdı, özünü asdı

Bakıda dəhşətli intihar hadisəsi baş verib.   Son.az lent.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində yerləşən bağ evinin həyətində yaşayan "Kolya" ləqəbli şəxs özünü asaraq intihar edib. Sənədləri olmadığından 65-70 yaşlı həmin şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb.

Bəlli olub ki, "Kolya" 20 ilə yaxındır ki, imkanlı şəxslərdən birinin Maştağadakı bağında yaşayıb və həyət bacaya baxıb. Xristian dininə mənsub olan həmin şəxs qonşuluqda yaşayan şəxslərə həmişə qəfil ölərsə, onu kostyumda, üzü qırxılmış və təmiz ayaqqabıda dəfn edilməsini xahiş edirmiş.

O, intihar edərkən də dediyi kimi edib. Yuyunub üzünü qırxan "Kolya" təmiz kostyum, köynək və ayaqqabı geyinib və daha sonra özünü asaraq həyatına son qoyub.

Qonşuluqda yaşayanlar "Kolya"nın heç kiminin olmadığını, arabir spirtli içki içdiyini və sakit təbiətli olduğunu deyiblər.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılı

Son.az