ABŞ-ın keçmiş prezidenti kəskin süjetli roman buraxıb


Digərləri 05 İyn 2018 13:14:39 144 0

ABŞ-ın keçmiş prezidenti kəskin süjetli roman buraxıb

Bill Klinton bədii ədəbiyyatda debüt edib

ABŞ-ın keçmiş prezidenti Bill Klinton yazıçı Ceyms Patterson ilə birlikdə "İtkin düşən prezident" romanını buraxaraq bədii ədəbiyyatda debüt edib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, "Press Herald" kitabın süjet xəttinin mərkəzində ölümcül kiberhücumun qarşısını almaq üçün özünü itkin düşmüş kimi aparan dövlət başçısı olduğunu yazıb.

Triller artıq yaxın günlərdə satışa çıxarılacaq.

C.Pattersonun sözlərinə görə, hadisələrin böyük qismi prezidentin gizli şəkildə çıxarılması lazım olan Ağ evdə cərəyan edir. Məhz bu yerdə Bill Klintonun bildiklərinin faydası olub.

Qeyd edək ki, B.Klinton belletristikada yeni olsa da, onun "Mənim həyatım" adlı avtobioqrafik-bestseller kimi çap edilmişkitabları var.