Dünyanın ən bahalı futbolçuları açıqlandı: Ronaldo "onluğ"a düşə bilmədi


İdman 05 İyn 2018 12:48:00 284 0

Dünyanın ən bahalı futbolçuları açıqlandı: Ronaldo "onluğ"a düşə bilmədi

"CIES Football Observatory" araşdırmalar mərkəzi dünyanın ən bahalı oyunçularının siyahısını tərtib edib. Goal.az xəbər verir ki, futbolçuların qiymətləndirilməsində bir neçə alqoritm nəzərə alınıb. Bunlar futbolçunun yaşı, oynadığı möve, klub və milli komandada çıxışı (meydana çıxma və qol vurma tezliyi), qazanılan titullar, oynadığı çempionatın səviyyəsidir. Qiymətləndirmə nəticəsində "Qızıl top"un 5 qat sahibi Kriştianu Ronaldo 24-cü olub. Onun üçün 103.4 milyon avro qiymət müəyyənləşdirilib. "CIES Football Observatory" tərəfindən yanvarda hazırlanan siyahıda portuqaliyalı ulduz 49-cu olmuşdu. Bu dəfəki reytinqə isə Tottenham və İngiltərə millisinin hücumçusu Harri Keyn başçılıq edib.

Dünyanın ən bahalı futbolçuları ("CIES Football Observatory" versiyası ilə):

1. Harri Keyn (Tottenham) - 201.2

2. Neymar (PSG) - 195.7

3. Kilian Mbappe (PSG) - 186.5

4. Lionel Messi (Barcelona) - 184.2

5. Məhəmməd Salah (Liverpool) - 171.3

6. Dele Alli (Tottenham) - 171

7. Kevin de Bruyne (Manchester City) - 167.2

8. Antuan Qrizmann (Atletico) - 164.5

9. Paulo Dibala (Juventus) - 164.2

10. Romelu Lukaku (Manchester United) - 163.4