Xalq Bankdan əlverişli manat kreditləri


Digərləri 05 İyn 2018 12:39:00 331 0

Xalq Bankdan əlverişli manat kreditləri

ASC “Xalq” Bankı əhaliyə istehlak xərcləri və biznes yatırımlarını qarşılamaq üçün manat valyutasında verilən istehlak və biznes kreditlərinin verilişini davam etdirir.

Bakı. ASC “Xalq” Bankı əhaliyə istehlak xərcləri və biznes yatırımlarını qarşılamaq üçün manat valyutasında verilən istehlak və biznes kreditlərinin verilişini davam etdirir. Trend-in məlumatına görə, bank hazırda müştərilərə “Təmir”, “Təhsil”, “İstehlak”, “Məvacib+”, “Avtomobil”, “Biznes” kredit məhsullarını təklif edir. Kreditlərin müddəti 48 ayadək, məbləği isə kredit məhsulundan asılı olaraq 500 manatdan 500 000 manatadək dəyişir. Təklif olunan kreditlərin illik faiz dərəcəsi kreditin növü və müştərinin bankla əməkdaşlıq tarixçəsindən asılı olaraq 17-28% arası dəyişir. Kreditin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, iş yeri və gəlirlər haqqında arayışların təqdim edilməsi tələb olunur.