Bakıda 48 mindən çox şagird məzun olacaq


Digərləri 05 İyn 2018 12:23:30 264 0

Bakıda 48 mindən çox şagird məzun olacaq

2017-2018-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin buraxılış siniflərini 48 277 şagird bitirəcək.

Son.az xəbər verir ki,iİdarədən Trend-ə verilən məlumata görə, məktəblərin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

Cari tədris ilində BŞTİ-nin tabeliyində olan 307 ümumi təhsil məktəbində 15 844 sinifdə 404 542 şagird təhsil alıb.

2017-2018-ci tədris ilində paytaxt üzrə 263 ümumi təhsil məktəbində fəaliyyət göstərən 868 məktəbəhazırlıq qrupunu 24 129 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.