Qadınla cinsi əlaqədə olmaq istəyən oğlandan İNANILMAZ ƏMƏL: yataq otağına gizlicə girib gizləndi və... Ucarda


Digərləri 05 İyn 2018 12:16:00 351 0

Qadınla cinsi əlaqədə olmaq istəyən oğlandan İNANILMAZ ƏMƏL: yataq otağına gizlicə girib gizləndi və...  Ucarda

Ucar rayonunda quldurluq etməkdə təqsirli bilinən 1995-ci il təvəllüdlü Asiman Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Asiman Vəliyev özgənin əmlakını ələ keçirmək məqsədi ilə 1 noyabr 2017-ci il tarixdə, saat 11 radələrində Ucar şəhəri, Abbas Səhhət küçəsi, 27 saylı ünvanda yerləşən Çinarə Məmmədovanın (ad və soyad şərti verilib - red.) yaşadığı evə qanunsuz olaraq girib.

Evə basqın

O, Çinarəyə qarşı zorakılıq edərək, evinə basqın edib, onu iki əli ilə boğub, həmçinin yumruğu ilə sifət və baş nahiyəsindən dəfələrlə zərbə endirib.

Daha sonra Asiman Vəliyev qadının boynundan bir ədəd 583 əyarlı, 18 qram çəkidə, 900 manat dəyərində qızıl boyunbağısını, bir ədəd sadə qaşlı, 583 əyarlı,1,6 qram çəkidə, 80 manat dəyərində qızıl qadın üzüyünü, bir ədəd qaşsız, 583 əyarlı, 1,5 qram çəkidə, 75 manat dəyərində qızıl qadın üzüyünü və digər qiymətli əşyalarını ələ keçirib, qadına ümumilikdə 2255 manat maddi ziyan vurub.

Quldurluq ittihamı

İstintaq orqanı tərəfindən Asiman Vəliyevin barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

"Məqsədim cinsi əlaqədə olmaq olub"

Təqsirləndirilən şəxs qismində ifadə verən Asiman Vəliyev ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O deyib ki, noyabrın 1-də evdə spirtli içki qəbul etdikdən sonra əvvəllər tanıdığı və münasibətdə olduğu Çinarə Məmmədovanın evinə gedib: "Çinarənin evinə getməkdə məqsədim onunla cinsi əlaqədə olmaq idi".

"Üstümdə pulun olmadığını gördü"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Çinarə Məmmədovanın evi Ucar şəhərində bazarın yaxınlığında yerləşib: "Çinarənin həyət qapısı açıq olduğundan həmişə olduğu kimi, bu dəfə də həmin qapıdan içəri girdim. Çinarə mənə gözləməyimi, bacısına dərman verib, evə qayıdacağını bildirdi. Çinarəni evdə gözlədim. Bir qədər sonra Çinarə evinə gəldi. Çinarə mənim içkili vəziyyətdə olduğumu, həmçinin üzərimdə pul olmadığını bildi. Bu səbəbdən mənə evindən çıxmağımı söylədi".

"Boğmamışam, dişlərini çıxardıb, satmamışam"

Asiman Vəliyev bildirib ki, həmin vaxt özündə olmadığı üçün Çinarəni itələyib: "Çinarə mənə 1000 manat pul təklif edərək, onu vurmamağımı bildirdi və sonra səs-küy saldı. Mən də Çinarənin səs-küy salmağından qorxdum. Onun üz nahiyəsindən 2 dəfə yumruqla vurdum. Sonra Çinarənin evindən 228 manat pulunu və kiçik çantasını götürərək getdim. Evdən çıxandan sonra çantanın içərisinə baxdım, çantanın içərisində qızıla bənzər əşyalar olduğunu gördüm, həmin əşyaları özümdə saxladım. Sonra həmin əşyaların qızıl olmadığını bildim. Bu səbəbdən həmin əşyaları Göyçay şəhərində bazarın arxasında çirkab su kanalının kənarına atdım. Mən Çinarə Məmmədovanı boğmamışam, onun dişlərini də çıxardıb, satmamışam. Törətdiyim əməldən peşmançılıq hissi keçirirəm".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Çinarə Məmmədova bildirib ki, o, həm Ucar rayonu Qazıqumlaq kəndindəki evində, həm də ki, Ucar şəhərində Ticarət Mərkəzinin yanında yerləşən evində yaşayır.

"Mənimlə zarafat etdiyini düşündüm"