Bıçaqlanan şəxs xəstəxanaya gec çatdırıldı


Digərləri 05 İyn 2018 12:03:00 242 0

Bıçaqlanan şəxs xəstəxanaya gec çatdırıldı

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb.

Rayon sakini, 1981-ci il təvəllüdlü Muradov Ruslan Qədəm oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb və "Mercedes" markalı şəxsi minik avtomobili ilə özünü Göyçay rayon təcili tibbi yardım stansiyasına çatdırıb. Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün xəsarət alan şəxs Ucardan keçməklə Göyçay şəhərinə gedib.

Ruslan Muradov yaralı vəziyyətdə 60 kilometr məsafədə avtomobil idarə edərək çoxlu qan itirib, huşsuz vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisənin kim tərəfindən törədildiyi, hələ ki, dəqiq məlum deyil. Ruslan Muradovun özünə bıçaqla xəsarət yetirdiyi ehtimal olunur.