"Avropa İttifaqının Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”


Digərləri 05 İyn 2018 12:07:00 236 0

"Avropa İttifaqının Azərbaycana investisiyaları 15,3 milyard dollara çatıb”

Biznes forumlar Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında işgüzar əlaqələrin qurulması imkanlarını və onların daha da yaxınlaşmasını daha da genişləndirir.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanın iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı biznes forumunda bildirib.

Onun sözlərinə görə, bu gün Aİ Azərbaycanın əsas xarici tərəfdaşıdır. "Ötən il Aİ və Azərbaycan arasında ticarət dövriyyəsi 15 faiz artıb. Son 5 ildə Avropa İttifaqının Azərbaycana yatırdığı investisiyaların həcmi 15,3 milyard dollara çatıb. Son 9 ildə isə Aİ ölkələri ilə Azərbaycan arasında qoyulan investisiyaların həcmi 50,3 milyard dollar olub. Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Aİ ölkələrinin payı 42% təşkil edir," - deyə nazir müavini qeyd edib.