Bu şəxslər 5 ildə bir sertifikasiyadan keçəcəklər


Digərləri 05 İyn 2018 11:35:00 272 0

Bu şəxslər 5 ildə bir sertifikasiyadan keçəcəklər

Optikaçılıq oftalmoloqların həmin müddətdə tibb müəssisəsində oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilməyəcək.

Son.az report-a istinadən xəbər verir ki, bu, yeni hazırlanan "Tibbi optika haqqında" qanun layihəsində əskini tapıb.

Qanun layihəsinin 7-ci (Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslər) maddəsinə əsasən, tibbi optikaçılıq və optometriya ixtisası üzrə mütəxəssis hazırlığı ali və ya orta ixtisas təhsili müəssisələrində (fakültələrində), eləcə də müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlıq kursları vasitəsi ilə həyata keçirilir.

Azərbaycanda tibbi optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunan hazırlıq kursunu keçməli və imtahan verərək müvafiq şəhadətnamə (optikaçı şəhadətnaməsi və optometrist şəhadətnaməsi) almalıdırlar. İxtisas şəhadətnaməsi müddətsiz verilir və şəxsin imtahanı müvəffəqiyyətlə verdiyini təsdiq edən sənəddir.

Həkim-oftalmoloqlar, tibbi optika və optometriya ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış şəxslərin tibbi optikaçılıq və optometriya xidmətləri göstərməsi üçün şəhadətnamə alması tələb olunmur.

Optikaçılıq və optometriya fəaliyyəti ilə məşğul olan həkim-oftalmoloqların həmin müddətdə tibb müəssisəsində həkim-oftalmoloq kimi fəaliyyət göstərməsinə yol verilmir.