Bakıda qadın alverçisinə hökm oxundu


Digərləri 05 İyn 2018 11:34:30 235 0

Bakıda qadın alverçisinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və dələduzluqda təqsirləndirilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alveri və dələduzluqda təqsirləndirilən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Sadıqovanın barəsində ev dustaqlıqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilərək təqsirləndirilən 9 il 6 ay azadlıqdan məhrum edilib.